Sərgi haqqında

Sərgi çərçivəsində dövlət və özəl şirkətlər, habelə hökumət strukturları, beynəlxalq təşkilatlar, eləcə də QHT-lərin iştirakı ilə təqdimat keçiriləcək. Təqdimat zamanı 40-dan artıq təşkilat davamlı inkişaf və korporativ sosial məsuliyyət üzrə fəaliyyətlərini, eləcə də layihə və hesabatlarını təqdim edəcək.

Ekspozisiya ziyarətçilərin aktiv korporativ sosial məsuliyyət siyasətini həyata keçirən şirkətlərlə, eləcə də korporativ sektorla daim əməkdaşlıq edən QHT-lərlə görüşmələri üçün unikal imkanlar yaradacaq. Beynəlxalq təşkilatlar Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorlarının, eləcə də cəmiyyətin davamlı inkişafı üzrə fəaliyyət və layihələrini təqdim edəcəklər.


Nəyə görə iştirak etməli?

  • Davamlılıq və korporativ sosial məsuliyyət üzrə təşəbbüs və proqramlarınızı yüksək rütbəli qonaqlar, eləcə də biznes rəhbərləri, beynəlxalq simalar və regional korporasiyalara təqdim etmək;
  • Geniş şəbəkə qurma imkanı və yeni biznes əlaqələrini inkişaf etdirmək üçün unikal fürsət;
  • Brendin tanınmasını təmin etmək və təşkilatınız barədə məlumatlılıq səviyyəsini artırmaq;
  • Şirkətinizin korporativ sosial məsuliyyət üzrə layihələrini və davamlı inkişaf istiqamətindəki fəaliyyətlərini mətbuat və ictimaiyyətin diqqətinə çatdırmaq;
  • Korporativ sosial məsuliyyət sahəsi üzrə layihələr barədə ən son və ətraflı məlumat almaq imkanı;
  • Bazarın əsas iştirakçıları ilə təcrübə mübadiləsi aparmaq;
  • Təmsil etdiyiniz təşkilatı Azərbaycanın davamlılıq gündəliyində qabaqcıllar arasına daxil etmək imkanı;
  • QHT sektorunda həyata keçirilmiş ən maraqlı və mühüm sosial layihələr haqqında birinci məlumat almaq imkanı.




Mobile Apps
PLATİN SPONSOR
BÜRÜNC SPONSORLAR

KONSALTİNQ ÜZRƏ TƏRƏFDAŞ



Dəstək



TƏŞKİLATÇI



VALYUTA MƏZƏNNƏSİ
  18/06/2019 19/06/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA