Sponsorlar və Tərəfdaşlar


Platin Sponsor


AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT NEFT ŞİRKƏTİ

Neftçilər pr., 73
Bakı, AZ1000, Azərbaycan
T: +994 12 5210282
F: +994 12 5210383
info@socar.az
www.socar.az

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) dünyada tanınmış iri və regionun ən böyük neft şirkətlərindən biridir. Missiyası Azərbaycan Respublikasının yanacaq-enerji təhlükəsizliyini və neft-qaz, neft-kimya sənayesinin inkişafı üzrə strateji maraqları təmin etmək, qabaqcıl və ekoloji təmiz texnologiyalardan istifadə edərək Azərbaycanın elmi-texniki, iqtisadi və intellektual potensialının artırılmasına dəstək olmaq, regional və beynəlxalq enerji layihələrində həlledici mövqe tutmaq, karbohidrogen ehtiyatlarının və emal məhsullarının daxili və xarici bazarlarında satışından maksimal mənfəət əldə etməkdir. SOCAR Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur.

Strukturuna SOCAR-ın Şurası, Baş ofisi, 13 ölkədə nümayəndəlikləri, 8 ölkədə treydinq şirkətləri, hüquqi şəxs statusuna malik olan 24 və malik olmayan 4 müəssisə, Ortaq Neft şirkətləri və Şirkət tərəfindən yaradılan təsisatlar daxildir.



Bürünc Sponsor


ACCESS BANK AZƏRBAYCAN
Azərbaycan Respublikası, AZ1065,
Bakı şəh., Tbilisi pr. 3
T: +994 12 490 80 10
F: +994 12 510 37 71
www.accessbank.az

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır. AccessBank-ın missiyası Azərbaycanda müvafiq maliyyə xidmətlərinin məhdudluğuna görə öz inkişafında maneələrlə üzləşən mikro, kiçik və orta biznes müəssisələrinə maliyyə xidmətləri göstərməkdən ibarətdir. AccessBank bütünlüklə mikro və kiçik bizneslərə, o cümlədən bu biznesin tərkib hissəsi hesab edilən ailə təsərrüfatlarına maliyyə xidmətləri göstərməklə geniş və əhatəli maliyyə sistemi yaradır. AccessBank Fitch Ratings agentliyi tərəfindən Azərbaycan bankları arasında ən yüksək reytingə layiq görülüb.



Konsaltinq üzrə tərəfdaş


ERNST & YOUNG HOLDINQS

Ernst & Young audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. Bizim 170,000 əməkdaşımızı birgə dəyərlər və keyfiyyətə sadiqlik birləşdirir. Biz əməkdaşlarımızın, müştərilərimizin və daha geniş icmaların potensialını açaraq, perspektivlər yaradırıq.

Ernst & Young, müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. MDB-də 20 ofisdə 4,800 peşəkar çalışır.

Ernst & Young 20 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir.







Mobile Apps
PLATİN SPONSOR
BÜRÜNC SPONSORLAR

KONSALTİNQ ÜZRƏ TƏRƏFDAŞ



Dəstək



TƏŞKİLATÇI



VALYUTA MƏZƏNNƏSİ
  20/03/2019 21/03/2019
USD 1.7 1.7
EUR 1.9288 1.9288
GBP 2.2567 2.2567
RUR 0.0264 0.0264
HAVA