Təşkilatçı


Caspian Event Organisers

"Caspian Event Organisers LLC" şirkəti Azərbaycanda keçirilən beynəlxalq sərgi və konfransların aparıcı təşkilatçısı - "ITECA Caspian LLC" şirkətinin tərəfdaşıdır və konqreslərin, o cümlədən bütün növ tədbirlərin peşəkar təşkili və həyata keçirilməsi sahəsində ixtisaslaşır.

"ITECA Caspian" şirkəti hər il 25-dən çox sərgi və konfranslar təşkil edir və bunlar arasında Xəzər və Qafqaz regionlarının ən böyük və əsas tədbirləri, o cümlədən "Xəzər Neft və Qaz" sərgi və konfransı, "BakuBuild" - "Xəzər İnşaat Həftəsi", "BakuTel" - Azərbaycan Beynəlxalq "Telekommunikasiya və İnformasiya texnologiyaları" sərgisi və s. yer alır.

Tədbirlərin təşkili və həyata keçirilməsi ("event-management") sahəsində "ITECA Caspian" şirkətinin müxtəlif beynəlxalq ofislərinin ən səmərəli iş üsulu və texnologiyalarının müqayisəli analizi çərçivəsində əldə olunan zəngin iş təcrübəsi, eləcə də yerli biznes və dünyagörüşü xüsusunda dərin biliklər tədbirlərin uğurlu təşkili baxımından tələb olunan və şirkətin malik olduğu mühüm üstünlüklərdən biridir.

Hər il 2000-dən çox şirkətə xidmət göstərilməsi sifarişçilərin istək və arzularını nəzərə alan, eləcə də onların bütün tələblərini ödəyən keyfiyyətli xidməti təmin edir.

Şirkət həmçinin dövlət strukturları, habelə beynəlxalq təşkilatlar və iri şirkətlər üçün çoxsaylı tədbirlər təşkil edir.





Mobile Apps
PLATİN SPONSOR
BÜRÜNC SPONSORLAR

KONSALTİNQ ÜZRƏ TƏRƏFDAŞ



Dəstək



TƏŞKİLATÇI



VALYUTA MƏZƏNNƏSİ
  21/01/2019 22/01/2019
USD 1.7
EUR 1.9369
GBP 2.2074
RUR 0.0256
HAVA